hemle

DÜNYADA HƏR İL ÜÇ MİLYON İNSAN BU SƏBƏBDƏN ÖLÜR

Tarix:25-05-2020, 18:57
Baxış Sayı:394

Rusiyalı mütəxəssislərin fikrincə, alkoqol sağlamlığa mənfi təsir göstərir, anti-sosial hərəkətlərin ehtimalını artırır, həm də özünü təcrid zamanı daha çox ziyan vura bilər, çünki bu, psixi pozğunluq və zorakılıq şansını artırır.

ONN media xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı hüquqlarının qorunması və insan istəklərinin qorunması sahəsində nəzarət Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək alkoqollu içki CoViD-19-ə səbəb olan virusu öldürə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının da məlumatına əsasən, güclü alkoqol koronavirusu öldürmür, ancaq immuniteti zəiflədir.

Diqqətə çatdırılıb ki, alkoqol psixi aktiv maddədir, zehni sağlamlıq pozğunluqlarının inkişafı ilə əlaqələndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il üç milyon insan spirtli içkidən ölür – bu, ölüm səbəbləri arasında böyük göstəricidir. Bundan əlavə, sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı hər il artır.(publika.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək