hemle

SƏHİYYƏ NAZİRLİYİ ƏHALİYƏ MÜRACİƏT ETDİ

Tarix:21-04-2020, 23:39
Baxış Sayı:391

Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman vasitələrinin həkim göstərişi olmadan qəbul edilməməsi üçün vətəndaşlara müraciət edib.

ONN media xəbər verir ki, nazirliyin məlumatında qeyd edilir ki, dərman qəbul edərkən həkimlə məsləhətləşmək vacibdir:

“Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

Ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır. İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.

Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti mütləqdir”!
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi