hemle

Koronavirusla bağlı normal gündəlik həyata dönüş nə zaman mümkündür?

Tarix:19-04-2020, 14:15
Baxış Sayı:395

Bütün dünyanı sarsıdan və hazırda planetimizdə dörd milyarddan artıq insanın həyatına müxtəlif formada məhdudiyyətlər gətirən koronavirus pandemiyasının nə zaman başa çatacağı və bəşəriyyətin normal gündəlik həyata nə zaman dönə biləcəyi böyük sual doğurur.
Avstriyanın aparıcı infektioloqlarından biri, Vyana Frants Yozef Xəstəxanasının İnfeksiyalar şöbəsinin rəhbəri Xristof Veniş Avstriya Teleradiosunun (ORF) birinci kanalına (Ö1) müsahibəsində bu suala aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində koronavirus infeksiyasına qarşı ayrı-ayrı dərman preparatlarından istifadə edilir və onların bəziləri böyük ümidlər doğurur. Lakin hazırda yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər.
Mütəxəssis bildirib ki, həmin vaxta kimi normal gündəlik həyata tam şəkildə geri dönüş mümkün olmaya bilər və hər bir ölkə virusun yenidən geniş yayılmasını önləmək üçün tədbirlər görməyə hazır olmalıdır.
Avstriyada COVİD-19 xəstəliyindən sağalanların sayının çox olmasını müsbət hal kimi dəyərləndirən X.Veniş bu uğurun aldadıcı və arxayınlaşdırıcı tərəfləri barədə xəbərdarlıq edib. O, Avstriyanı və digər ölkələri ehtiyatı əldən verməməyə çağırıb: “Çünki COVİD-19 yalnız peyvənd tapıldıqdan sonra aradan qalxacaq.”

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı