hemle

Avropanın 5 ölkəsi normal həyata qayıdır Dünya 19:50 | 09.04.202

Tarix:9-04-2020, 20:22
Baxış Sayı:461

Dünyanın, xüsusilə Avropanın, bizim coğrafiyanın bir çox ölkələri ciddi karantin rejimindədir. Amma yaxın vaxtlarda normal həyata qayıtmağı planlaşdıran dövlətlər var.
Bizimyol.info xəbər verir ki, Avropa ölkələrindən Almaniya, Belçika, Niderland, Avstriya və İsveçrə belə planının olduğunu açıqlayıb. Təxminən bir həftəyə qadağalar xeyli azaldılacaq. Bu beş ölkədən başqa, yenə bir neçə dövlət normal həyata qayıtmaq haqda düşünür.
Almaniya – Koronavirusa yoluxanların sayı 113 mini keçib, 2349 nəfər həyatını itirib. Amma sağalanların sayının sürətlə artması nikbinliyə əsas verir. Ölkənin səhiyyə naziri Yens Span gələn həftədən həyatın normallaşacağını bildirib. Nazir təkcə idman yarışlarının bərpası üçün hələ tez olduğunu söyləyib.
Belçika – Bu Avropa ölkəsində ölənlərin sayı təxminən Almaniyadakı qədərdir, hətta bir az da çox. Buna baxmayaraq, aprelin 19-dan həyat canlanmağa başlayacaq.
Niderland – Restoranlar, kafelər, muzeylər, bərbərxanalar aprelin 28-dən fəaliyyətini bərpa edəcək. Bütün obyektlərin işə başlaması üçün iyunun 1-i son tarix kimi göstərilib.
Avstriya – Burada normal həyata qayıtmağa daha çox tələsirlər. Aprelin 14-dən bir çox yerlər işləməyə başlayacaq. Bərbərlər mayın 1-nə qədər gözləməli olacaq. Mayın 13-dən sonra heç kim maska taxmaya bilər, təkcə ictimai nəqliyyatdan başqa. Otel və restoranlar qapılarını mayın 15-dən açacaq.
İsveçrə - Ölkədə aprelin 26-nı səbirsizliklə gözləyirlər. Gələn həftə hansı obyektlərin işə başlayacağına aydınlıq gətiriləcək.
Fransa – Ölkənin əksər hissəsində əsasən axşamlar küçəyə çıxmaq qadağandır, Ölkə prezidenti Emmanuel Makron gələn bazar ertəsi yumşalma ilə bağlı fikrini deyəcək.
İngiltərə - İngilislər çox tələsmir. Çünki virusa yoluxanların sayı dayanmadan artır.

www.anews.az

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı