hemle

Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi: “Təəssüf ki, koronovirusu dayandırmaq çox çətindir”

Tarix:16-04-2020, 22:51
Baxış Sayı:457

“Hələ bilmirik ki, virusa yoluxmuş adamların son aqibəti necə olacaq”

Aprelin 15-də dünyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç Rusiya mətbuatına müsahibə verib və bir sıra maraqlı məqamlara toxunub. Musavat.com müsahibədən bəzi hissələri oxucuların diqqətinə təqdim edir.

- ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırmaq və alternativ bir qurum yaratmaq qərarına necə reaksiya verdiniz?

- Bunu bu gün(15 aprel-red) Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun keçirdiyi konfransında onun özündən soruşulmalı idiniz. Mən Rusiya ilə əməkdaşlığa cavabdehəm. Başqa dövlətlərlə bağlı münasibət bildirməyə səlahiyyətim yoxdur.

- ABŞ-da Ümumdünya Səhiyyə Təşkilatını təkcə Tramp deyil, həm də bir çox respublikaçılar, demokratlar və nüfuzlu siyasətçilər də tənqid edirlər. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatının Çinin maraqlarından çıxış edərək epidemiya haqda vaxtında həyəcan təbili çalmadığını deyirlər...

Dekabr ayının 31-də qurumun Pekin ofisinə pnevmaniyaya bənzər şübhəli xəstəliklə bağlı məlumat daxil olub. Bütün bu addımların xronologiyası var. Yanvar ayının sonunda ilk təcili iclas çağırılıb. O toplantıda mütəxəssislər ortaq razılığa gələ bilmədilər. Lakin bundan iki gün sonra baş direktor yenidən fövqəladə toplantı çağırdı. Həmin toplantında beynəlxalq səviyyəli təhlükə ilə bağlı bütün üzv ölkələrə xəbərdarlıq edildi. Bu, Ümumdünya Səhiyyə Təşkilatının elan etmək hüququna sahib olduğu ən yüksək səviyyəli xəbərdarlıqdır. Baş direktor həftədə üç dəfə mətbuat üçün brifinqi edir, ölkələri təhlükəyə adekvat reaksiya verməyə çağırırdı. Təəssüf ki, vəziyyəti ciddiyə almayan bir çox ölkələr oldu. Bəlkə də bunu ciddi qəbul etdilər, amma heç kim hadisələrin belə inkişafını gözləmirdi. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə ilə bağlı bütün səyləri göstərdi. Başqa şərhim yoxdur.

– Tramp deyir ki, ABŞ Çin ilə hava əlaqələrini bağlayanda Ümumdünya Səhiyyə Təşkilatı Vaşinqtonu bu qərara görə qınayıb. Niyə?

- Ümumdünya Səhiyyə Təşkilatının heç kimə “bunu et, ya da etmə” demək hüququ yoxdur. Üzv ölkələrin qəbul etdiyi beynəlxalq qaydaları var. Hər bir ölkənin sərhədlərini bağlamaq hüququ var. Yalnız üzv ölkənin bunu Ümumdünya Səhiyyə Təşkilatına bildirməsi lazımdır. Mənə elə gəlir ki, əlavə fikir bildirməyə ehtiyac yoxdur. Bu mövzu mənlik deyil. Maska, əllərinizi yumağı unutmayın və sairdən danışın…

- Siz, ümumi maskalardan istifadəni tənqid etmisiniz və bundan daimi istifadənin zərərləri barədə danışmısınız.

-Sizin fikrinizə düzəliş etməliyəm. Mən tənqid etməmişəm. Sadəcə, veb saytımızda indi də qalan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini demişəm. Bu tövsiyyə odur ki, hər kəsin istədiyi qoruyucu maskanı taxmaq hüququ var. Məsələn, bir maska taxdın, ancaq gözləriniz açıqdır. Bir maskasız kişiyə yarım metr yaxınlaşdız, 15 dəqiqə danışdınız. Görünməyən kiçik damcılar bu zaman gözünüzə girir. Kişi xəstədirsə, bu sizin xəstələnməniz üçün yetərlidir.

-Son günlərdə Ümumdünya Səhiyyə Təşkilatının 7 adda peyvənd hazırladığı deyilir. Bu vaksinlərin nə vaxt hazır olacağını demək olarmı?

- Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlər hazırlamır, çünki bu təşkilat elmi və ya tibb müəssisəsi deyil. İnkişaf etmiş dövlətlər və özəl qurumlar peyvənd hazırlanması üzərində işləyirlər.

- Kim öndədir- Çin, ABŞ, Almaniya, yoxsa Rusiya?

- Vaksin üzərində işləyən ölkələr deyil, istehsalçılardır. İndi iki vaksin ilk klinik tədqiqat mərhələsindədir. Beləliklə, ümid edirik ki, yaxın gələcəkdə kimin və nə vaxt əldə edəcəyi barədə daha aydın məlumatlar olacaq.

- Ümumdünya Səhiyyə Təşkilatı Rusiyada koronavirusa yoluxmaların artacağını proqnozlaşdırmışdı. Mən belə başa düşürəm ki, ən pis vəziyyət hələ qarşıdadır...

-Ümid edirik ki, Moskvada həyata keçirilən karantin tədbirləri insanlar arasında təmasları məhdudlaşdıracaq. Epidemiya öz-özünə artan və ya azalan deyil. Bu insanlar arasındakı təmasın nəticəsidir.

- İndiki karantin tədbirləri sizə adekvat görünür, ya bəlkə çox sərtdir?

- Təəssüf ki, müxtəlif ölkələrin təcrübəsindən gördük ki, insanlar arasında təmasları dərhal dayandırmaq mümkün olmadığından xəstəlik sürətlə artdı, bütün səhiyyə sistemi çökdü, sonra çoxsaylı insan ölümləri yaşandı.

-Ancaq karantin hətta koronavirusun ötürülməsindən daha təhlükəli ola bilər. Çünki karantində olan insanlar, birincisi, eyni havanı udur, bu yolla da virus yayılır. İkincisi, insanların sağlamlığı üçün bir sıra digər yan təsirləri də var.

- Dərhal deyim ki, dəlillər tam əksini deyir. Epidemiyanı böyüdükdə dayandırmasan, o zaman ... Ölkələrin adını çəkmək istəmirəm, amma onların adlarını yaxşı bilirsən. Bax, indi karantin var. Bu ssenarilərin qarşısı alınmalıdır. Biz hələ bilmirik ki, virusa yoluxmuş adamların sonrakı aqibəti necə olacaq.

- SSRİ-də son epidemiya 1977-ci ildə olub. Sovet İttifaqı çox tez bu problemin öhdəsindən gələ bildi. Niyə 50 ildən sonra heç bir dövlət virusa qarşı mübarizədə bu uğuru əldə edə bilmir?

- Tamamilə fərqli bir vəziyyətdir. Dünya qloballaşıb, fərqli həyat standartları var. Mən də Serbiyada 72-ci ildə çiçək xəstəliyinin yayılmasını yaşamışam. Ancaq mənim təcrübəm əhəmiyyətsizdir. Çiçək xəstəliyi dərhal görünə biləcək bir xəstəlikdir, burada 90 faiz xəstəni səhv etmədən müəyyən etmək mümkündür. Ancaq koronavirusdan danışırıqsa... Simptomları olmayan və ya kiçik bir simptomları olan bir qrup insanlar var ki, xəstə olduqlarını belə başa düşmürlər. Digər 40 faiz çox yüngül keçirir xəstəliyi. Təəssüf ki, belə bir epidemiyanı dayandırmaq çox çətindir.

Xəstələrdən yalnız bir qrupunu müəyyən edirik-ağır sətəlcəm, yüksək atəşi olanı. Yüngül hallar görmürük. Hətta onların özləri də bilmirlər. Sadəcə insanlar anlamırlar ki, indi təmasları minimuma endirmək, peyvənd tapılana qədər virusun yayılmasının qarşısını almaq lazımdır.

- Dünən həkimlərdən bir şərh eşitdim. Üç müstəqil araşdırmaya istinad etdilər-ikisi Almaniyada, biri Yaponiyadan. Məlumatlara görə, qapalı insan populyasiyalarının yalnız 20 faizi koronavirusa yoluxur. Yəni bu, hamı üçün təhlükə yaratmır. Və sonra istinad etdiyiniz statistika. Yəni 50 ilə 80 faiz arasında xəstəliyi ya asimptomatik olaraq, ya da çox yüngül simptomlarla keçirir və 20 faiz xəstələnir. Bu vəziyyətdə dünyada bu dəlilik haradan qaynaqlanır?

- Anlamalıyıq ki, indi virusla bağlı dəqiq statistikanı hələ bilmirik. İndi hər ölkədən məlumat alırıq, nə qədər insan xəstədir, nə qədər ölüm var və s. Beləliklə, indi ölüm statistikası barədə dəqiq danışmaq çox tezdir. İndi 2 milyon xəstəmiz var.

- Cəmi 2 milyon…Yer kürəsində 7 milyard insan yaşayır. Bu çox azdır.

- Ağır xəstələrdə ölüm artımı yavaşıyıb. Çünki dünyada heç bir sistem bu qədər çox sayda ağır xəstəni dərhal qəbul etmək və müalicə etmək gücündə deyil. Bəlkə kimsə sağ qalacaq, bəlkə kimsə dediyiniz kimi olmayacaq. Bəlkə də bu statistika cüzi olmayacaq, ancaq ailəsində bir, iki və ya üç nəfər itirən bir insan üçün bu, 100%, 200% və 300% faiz itki deməkdir. 2009-cu il pandemik qripi xatırlayırsınızsa, hamilə qadınlar da ölürdü. O zaman media fərqli idi, sosial şəbəkələr yox idi. İnsanlar məlumatı bir mənbədən öyrənirdilər və fərqli davranırdılar. Ancaq Allaha şükür, bu qrip virusu daha az ölümcül oldu. Niyə? Çünki qrip insanlarda olmuşdu, müəyyən immunitet vardı. İndi isə fərqli situasiyadır, praktiki olaraq bu virusa immunitet yoxdur. Bu səbəbdən , bu virus çox zəif səhiyyə sistemi olan dövlətə girərsə, ölüm faizi daha yüksək olacaqdır. Qorxduğumuz şey budur.

- İndi mövcud koronavirus haqda çox saylı iddialar var. Əsas rəylər bu virusun süni şəkildə yetişdirildiyi və bu gün şahidi olduğumuz səhnənin bir növ bakterioloji müharibə olduğu deyilir...

- Ümumdünya Səhiyyə Təşkilatı virusların və bakteriyaların heyvanlardan insanlara keçidi haqda fikri baş dəfələrlə səsləndirib. Bunu SARS-1-də gördük, MERS-də gördük. İndi virusun özü SarsCoV-2 adlanır. Bu adı tez bir zamanda insandan insana ötürmək funksiyasına görə aldı.

- Bəs, süni şəkildə yetişdirilməsinə niyə belə inam var?

-Bu mənim mövzum deyil, bütün alimlərdə belə bir möhkəm inam var ki, bu xəstəlikdir. Çünki elm adamları koronovirusun genomuna baxdılar və o qərar gəldilər ki, normal bir virusun bütün xüsusiyyətlərinə malikdir.

Hazırladı: Orxan Əliyev,
Musavat.com

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış