hemle

Azərbaycanda narkomaniya qol-qanad açıb – Gəncləri necə qoruyaq?

Tarix:19-07-2019, 15:08
Baxış Sayı:737

Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyi Azərbaycandakı narkomanların sayı ilə bağlı statistikanı açıqlanıb. Bildirilibki, ötən ilin sonuna qədər Respublika Narkoloji Mərkəzində 31 432 nəfər qeydiyyatda olub ki, onlardan 26 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Bu narkomanların 626-sı isə qadındır.
Bəs narkomaniyadan əziyyət çəkənlərin sayının artmasının səbəbləri nələrdir?

Bu məsələ ilə bağlı sosioloq Əhməd Mansurov “Yeni Sabah”a açıqlamasında bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin artması cəmiyyətdə digər sosial problemlərin yaranmasına səbəb olur.

“Əsas problem ondan ibarətdir ki, narkotik vasitələrə qarşı aparılan maarifləndirmə işləri qanedici deyil. Ola bilər ki, orta məktəblərin bəzilərində tədbirlər həyat keçirilir, sosial çarxlar çəkilir. Amma hansı kütlə ki daha çox risk qrupundadır, biz onları əhatə edə bilmirik. Xüsusilə narkomaniyanın gəncləşməsi problemi baş alıb gedir. Maarifləndirmə proseslərində iştirak etməyən gənclərin narkotikanın qurbanı olması problemi ortaya çıxır. Amma biz cəmiyyət olaraq sosial institutların inkişafını təmin etməli, əhatəliliyini artırmalıyıq ki, sosial təhlükədə olan şəxsləri xilas edə bilək”.

Sosioloq risk qrupunda olanlarla işləməyin vacibliyindən bəhs edib:

“Bu risk qrupuna daha çox ailədaxili problemləri olan, cəmiyyətlə münaqişələri olan, psixososial problemləri olan və kriminal həyat tərzinə meylliliyi olan insanlar daxildir. Bu sadaladığımız insanlarla işləmək lazımdır. Həmçinin yeniyetmələrlə, gənclərlə iş aparmaq üçün ailə faktoruna önəm veririk. Bir gəncin və yaxud yeniyetmənin narkotik asılılığa düşməsinə səbəblərdən biri ailədən kənarda qalmasıdır, ona təsir edəcək, ona dəstək ola biləcək şəxslərin olmamasıdır”.

O, narkomaniya ilə mübarizə aparmağın ən optimal yollarını da izah edib:

“Xüsusi təhlükəli dərmanlar var ki, bu sahədə fəaliyyət göstərən insanlar əczaxanalarda, müxtəlif tibb müəssisələrində satışını həyata keçirirlər. Buna diqqət göstərmək lazımdır. Bu kimi preparatlar daha çox küçə uşaqlarının əlinə keçir. Cəmiyyətdə uyğun davranış modelləri hazırlanmalıdır. Bir şəxsin normal həyat tərzi, məqsədi , arzusu ətrafında ona qayğı göstərəcək şəxslərin olması belə problemlərlə qarşılaşmasının önünü ala bilər. Burada müasir cəmiyyətin texnologiyalaşması prosesi də öz təsiri göstərir. Bu mənada ki, insanlarda ünsiyyət problemi baş verir.Öz ailələri, dostları, sevgililəri ilə normal ünsiyyətə girə bilmirlər və nəticədə qurbana çevrilirlər”.

Sozcu.az

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...