hemle

ÖLÜMCÜL ZƏHƏRLƏNMƏYƏ SƏBƏB OLAN MEYVƏ – FAYDALARI VƏ ZƏRƏRLƏRİ

Tarix:24-05-2020, 14:21
Baxış Sayı:561

Ərik vitamin tərkibi sayəsində immuniteti gücləndirməyə kömək edir, amma bundan sui-istifadə etmək olmaz.

ONN media xəbər verir ki, bu barədə Moskva Səhiyyə İdarəsinin qidalanma mütəxəssisi Antonina Starodubova məlumat verib:

“Meyvənin parlaq qızıl-narıncı rəngi nəinki göz oxşayır, həm də beta-karotinin, provitamin A-nın yüksək miqdarda olduğunu göstərir. A vitamini orqanizmdə sintez olunmur, ancaq qidadan əldə olunur”.

Qidalanma mütəxəssisi qeyd edib ki, beta-karotin immuniteti gücləndirir və yoluxucu xəstəliklərin riskini azaldır, eyni zamanda zərərli ekoloji amillərin təsirini aradan qaldırır. Bundan əlavə, ərikdə insan orqanizmi üçün lazım olan digər vitamin və minerallar da var: C, E, B1, B, kalium, maqnezium, kalsium, fosfor, dəmir, yod.

Həkim qeyd edib ki, gündə 300 qramdan çox ərik yeməməlisiniz, çünki bu, fermentasiya prosesləri, həmçinin allergiyanın inkişafı ilə əlaqədar mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər. O, ölümcül zəhərlənməyə səbəb ola bilən amiqdalin ehtiva edən ərik ləpələrinin istifadəsinə qarşı da xəbərdarlıq edib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya