hemle

TƏZYİQ XƏSTƏLƏRİNİN DİQQƏTİNƏ

Tarix:9-05-2020, 09:08
Baxış Sayı:458

Arterial təzyiqin yüksək olması hipertoniya xəstələrində ciddi narahatlıq yaradır. Lakin qida rejimini gözləməklə onu normada saxlamaq olar. Bunun üçün ilk növbədə qidalanmaya fikir vermək, yağlı və duzlu qidalardan çox istifadə etməmək lazımdır. Yüksək təzyiqi olanlar mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət göstərməli, daha çox meyvə və tərəvəzlərlə qidalanmalı, çəkisini nəzarətdə saxlamalıdır.

Bu barədə həkim-kardioloq Nüşabə Səfərova deyib:

“Həmin xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq tövsiyə olunur. Arterial təzyiqi yüksək olanlar limonu gündəlik qida rasionuna daxil etməlidir, çünki onun tərkibində olan C vitamini ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir, ona görə də hər səhər bir stəkan limonlu su içmək faydalı hesab olunur. Həmin xəstəlikdən əziyyət çəkənlər üçün qarpız tumu da çox faydalıdır”.

Həkim-kardioloq bildirib ki, aparılan bir çox araşdırmalara görə, gün ərzində bir-iki diş sarımsaq yemək də təzyiqi normada saxlaya bilir. Cəfəri şirəsi və dəmləməsi də təzyiq xəstələri üçün xeyirlidir. Zəncəfil, qatıq, nar kimi məhsullar da arterial təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək