hemle

Koronavirusa qarşı hansı dərmanlardan istifadə olunur? – Baş infeksionist açıqladı

Tarix:6-05-2020, 18:18
Baxış Sayı:510

“Bütün dünyada koronavirusa qarşı hansısa spesifik preparat istifadə edilmir”.

Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı vaxtaşırı fərqli preparatların adlarını açıqlayır:

“Lakin iddia olunan dərmanların heç biri istənilən nəticəni vermir. Koronavirusa yoluxmuş xəstələr üçün adi respirator virus infeksiyalarında tətbiq edilən dərmanlar istifadə edilir. Son araşdırmalara görə xəstəlikdən sağalmış insanların qanının plazması effekt verə bilər. Çünki bu plazmanın tərkibində koronavirusla mübarizə üçün yararlı maddələr mövcud olur. Bu isə xəstəliyin yüngül keçməsinə, müalicəsinə kömək edə bilər. Təklif edilən digər preparatların ciddi faydaları olmamaqla bərabər yan təsirləri də mövcuddur”.

C.İsayev qeyd edib ki, koronavirusdan sağalan xəstələr adi qripdən sağalmış kimi həyatına davam edə bilərlər:

“İki dəfə ard-arda müayinələrin nəticəsi mənfi olan şəxs sağalmış sayılır. Evə buraxıldıqdan sonra xəstə 3 ay müddətində vaxtaşırı narahatlıq hiss edərsə, sahə həkiminə müraciət edə bilər. Amma xüsusi distansiya müşahidəsi vacib deyil”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir