hemle

POSTPANDEMİYA DÖVRÜNDƏ HANSI QADAĞALAR OLACAQ? – BAŞ İNFEKSİONİST

Tarix:4-05-2020, 15:31
Baxış Sayı:492

“Postpandemiya dövründə indi tətbiq edilən qadağalar qüvvədə qalmayacaq”.

ONN media bildirir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, artıq postpandemiya dövründə pandemiya bitəcək və indiki qadağalara gərək qalmayacaq:

“İnanmıram ki, bir qadağa saxlayaq. Yəqin o vaxt tibbi maskadan da istifadə etməyəcəyik. Amma tövsiyələrimiz yerində qalacaq ki, insanlar bir-birlərilə məsafə saxlasınlar və gigiyena qaydalarına əməl eləsinlər. İndiki dövrdə bu təlimatların hamısına riayət etmək çox vacibdir. Çünki ölkəmizdə koronavirus aşkarlanmaqda və yayılmaqda davam edir. Artma ehtimalı yüksəkdir.

Bunun da əsas səbəbi insanların tibbi maskadan istifadə etməməsi və toplum yerlərdə görünmələridir. Xüsusən məsafə və tibbi maska məcburidir. Deyim ki, istər pandemiya vaxtı, istərsə də bitdiyi zaman gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı