hemle

“VİRUS GƏZDİRƏN XƏSTƏLƏRİN MÜDDƏTİ BU TARİXDƏ BİTİR” – BAŞ İNFEKSİONİSTDƏN SEVİNDİRİCİ XƏBƏR

Tarix:27-04-2020, 18:22
Baxış Sayı:506

Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə, karantin rejimi ilə bağlı yumşaldılmalar daha da genişləndirilə bilər. Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər.

Bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, proses belə davam edərsə və azalma olarsa, mayın 4-dən etibarən bir az da yumşaldılma ola bilər: “Mayın ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik”.
İkinci dalğanın olamasına gəldikdə isə C.İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. “Krantin rejiminin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü, başqalarını da…

İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır. Mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq. Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik”.

Qonşu və digər dövlətlərlə sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: “Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...