hemle

OPERQƏRARGAH TOPLANIR: MƏKTƏBLƏR AÇILA BİLƏRMİ?

Tarix:27-04-2020, 15:32
Baxış Sayı:394

Bu gün saat 17:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsillə bağlı keçiriləcək brifinqi məktəblərdə tədrisin başlanması məsələsini gündəmə gətirib. İlkin yumşalmanın ardınca məktəblərdə tədris bərpa oluna bilərmi?

ONN media xəbər verir ki, bu barədə ölkəmizin baş infeksionisti Cəlal İsayev deyib ki, məktəblərin açılması hələ təhlükəlidir.

“Ancaq hazırda duruma baxılır, vəziyyət dəyərləndirilir. Mayın 4-dən sonra bu barədə düşünmək olar”, – C.İsayev bildirib.

C.İsayev qeyd edib ki, mayın 4-nə qədər durum indiki kimi davam edərsə, məktəblərin açılması gündəmə gələ bilər:

“Ancaq mən istənilən halda məktəblərin belə tezliklə açılmasının tərəfdarı deyiləm. Mayın 15-20-dən sonra məktəblərin açılması barədə düşünmək olar. O zaman artıq müəyyən mənada epidemiyanın gedişatı xeyli aydınlaşacaq. Ondan sonra qəti qərar qəbul etmək olar ki, məktəblər açılsın, ya yox”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ