hemle

Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı

Tarix:23-11-2016, 20:02
Baxış Sayı:571

Beynəlxalq Etwinning layihəsi çərçivəsində İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbi bir qrup şagird və müəllimləri ilə birlikdə “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” layihəsinə qoşulmuşdur.
Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimlərdən ibarət heyət rayonumuza səfər edib. Proqram çərçivəsində qonaqlar İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və həmçinin İsmayilli rayon Mərkəzləşdirilmiş kitabxana sistemində olublar.Qonaqlar kitabxanada olan Türk yazarların kitabları ilə və digər sərgilərlə maraqlanıblar.Açılışı kitabxananın xidmət işçisi Türanə Əzizova açaraq gələn qonaqları salamlayıb və onların gəlişindən məmunluq duyduğunu bildirib.Sonra kitabxananın direktoru Ələddin Ələkbərov kitabxanada olan tədbirlərdən,gələcəkdə görüləcək işlərdən danisib.Sonda qonaqlarla xatirə şəkili çəkilib.

Şahməmməd Dağlaroğlu
İsmayıllı

Digər xəbərlər
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi
10:46 PUA hücumundan sonra Moskvada vəziyyət necədir?
09:19 Beşinci zəvvar qrupları bu gün Həcc ziyarətinə yola düşəcəklər
09:14 Rusiyadan Ermənistana "hərbi dil"də xəbərdarlıq: Moskva Qərbi Zəngəzurda nəyə hazırlaşır?
09:06 Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadı
08:59 Ukrayna Almaniya ilə pilotsuz təyyarələrin istehsalına dair razılığa gəldi
08:50 Laçın Zirvəsinin şifrələri: “Orta güc” Şərqi Zəngəzurdan hansı mesajı verdi?