hemle

Əlillərin turizm lahiyəsi sona çatdı

Tarix:12-11-2016, 18:23
Baxış Sayı:825

"GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təçkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə keçirdiyi "Fizki Məhdudiyyətli şəxslərin turizmə inteqrasiyası" (Əlillərin Turizmi) adlı layihəsi artıq sona çatmışdır.

Sozcu.az-ın məlumatına görə, layihə Azərbaycan Respublikasının 3 rayonunu (Ağsu, İsmayıllı və Şamaxı) əhatə edirdi. Məlum olduğu kimi bu rayonlar tarixi, mədəni, turizm və digər bir çox sivilasiyalaşmış mədəniyyəti ilə ölkə tarixində əhəmiyyətli rola malikdirlər. Fiziki məhdudiyyətli şəxslər ilk öncə Ağsu rayonunda yerləşən, Azərbaycan, Türküstan və Hindistanın şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi Nadir şah Əfşariyə aid edilən “Orta əsr Ağsu şəhəri Turizim kompleksi”-də inşa edilən turizm kompleksində istirahətə başladılar. Bu zaman ərzində onlar sözü gedən şəhərin tarixi, mədəni, sosial, siyasi rollarını öryənmək üçün həmin şəhərin tarixi ilə maraqlandılar. Təlimçilər öz növbələrində tur iştirakşılarını geniş şəkildə verdikləri izahatlarla məlumatlandırdılar, onların verdikləri suallara təlimçilər bildikləri daixilində cavablandırdılar.

Daha sonra Paralimpiada idman növünə aid olunan Azərbaycanda yeni yaranmağına baxmayaraq populiyarlıq qazanan “Boccia” idman növü üzrə yarışlar keçirildi. Daha sonra Ağsu rayon mədəniyyət evinin təşkil etdiyi musiqili proqlamla tədbirə əlavə bir nəşə qatıldı. Fiziki məhdudiyyətli şəxslər “Cavanşir kanalında” balıq tutmağa aparıldı. Onlara maraqlı filmlər izlədildi, açıq havada yemək masası təşkil edildi, Azərbaycanın tarixi kökünə dayanan “təndir çörəyi” pişirilməsi üçün təndir quruldu. İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Mirzəliyeva Sevil Səməd qızı, fiziki məhdud şəxsləri ziyarət etdi, onlarla xatirə şəkili çəkdirildi. Digər maşurut xətti üzrə İsmayıllı rayonuna gedildi. İsmayıllı rayonunda “Çıraqban” ailəvi istirahət mərkəzində dayanıldı. Orada da fiziki məhdud şəxslərə rayonun mədəni tarixi haqqında bilgilər verildi, slayıdlar izlədildi. Musiqili proqramlarla, “şahmat” və “dama” oyunları təşkil edildi.

İsmayıllı rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Mirzəliyeva Gülnarə Elşad qızı və Baxışova Gülər Müseyib qızı tur iştirakçılarını zıyarət edib, onlardan layihə və əhvalları haqqında məlumat aldılar. Digər tur rayonu kimi seçilən Şamaxı rayonuna səfər təşkil edildi və layihə içtirakçıları İsmayıllı rayonundan çıxaraq Şamaxı rayonuna səfərə başladılar. Şamaxı rayonunda da onlar üçün musiqili proqramlar, açıq havada yemək masaları, gəzintilər təşkil edildi və onlara təlimçilər tərəfindən Şmaxı rayonunun mədəni, tarixi irsi haqqında məlumatlar verildi, rayon əhalisinin məşğul olduqları kənd təsərrüfatı haqqında geniş söhbətlərlə onlara bilgilər verildi.

Son olaraq "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin 10 noyabr 2016-cı ildə Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi “Fiziki Məhdudiyyətli Şəxlərin Turizm imkanlarının artırılması və İnteqrasiyası (Əlillər turizmi)”adlı layihəsi haqqında geniş məlumat mətbuatın və gələn qonaqların diqqətinəçatdırıldı.

Tədbirdə çıxış edən Paralinpiada komitəsinin vitse prezidentii Şaiq Həmidov, 2 qat dünya, 3 qat avropa çümpionu və Paralinpiada komitəsinin üzvü olan Aynur Məmmədova, digər “avar çəkmə” idman növü üzrə uğurlar qazanan Paralinpiadaçı Asif Qasımov, Ombudusman aparatının nümayəndəsi Müqalib Məmmədov çıxış edərək layihə haqqında müsbət fikirdə olduqlarını, davamlı keçirilməsinin arzu etdiklərini, bu cür layihələrin dünyaya örnək ola biləcəklərini diqqətə çatdırdılar.

Bir daha "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi olaraq gələn, bizə dəstək olan, layihədə fəallıq göstərən, fiziki məhdud şəxslərin problemlərinin icimailəşdirliməsinə kömək olan hər kəsə öz təşəkkürümüzü bildirir və minnətdarlıq duyduğumuzu diqqətinizə çatdırırıq.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ