hemle

ÇİNƏ BÖYÜK ŞOK: ÖLKƏLƏRİN SAYI 100-Ə ÇATDI

Tarix:18-05-2020, 19:35
Baxış Sayı:452

Koronavirus pandemiyasını dünyaya yaymaqda ittiham olunan Çinə qarşı istintaqın açılmasını istəyən ölkələrin sayı 100-ə çatıb.

ONN media xəbər verir ki, son olaraq ölkələr siyahısına Rusiya qatılıb.

Avropa İttifaqı tərəfindən hazırlanan qətnamənin Ümumdünya Səhiyyə Təşkilatının ən ali səlahiyyətli orqanı olan Ümumdünya Səhiyyə Qurumunun bu gün İsveçrənin Cenevrə şəhərində təşkil edilən illik konfransında təqdim edilməsi gözlənilir. CNN telekanalı bu mövzunu gündəmə gətirən ilk ölkə olan Avstraliyanın çağırışı əsas götürülərək hazırlanan qətnaməyə Pekinin ənənəvi müttəfiqi Rusiyanın dəstək verməsinin kritik əhəmiyyəti olduğunu vurğulayıb.

Bu istintaqda pandemiyanın haradan qaynaqlandığı, Çinin xüsusilə ilk günlərdə pandemiya ilə bağlı bilgilərin nə qədərini gizlətdiyi və ya paylaşdığı kimi mövzulara işıq tutulacağı gözlənilir.

Qeyd edək ki, Çin pandemiya mövzusunda dünyaya xəbərdarlıq etməyə çalışan elm adamlarını susdurmaqda, pandemiyanı olduğundan daha əhəmiyyətsiz göstərməkdə ittiham edilir. Lakin Çin bu iddiaları təkzib edir.

Çin hökuməti belə bir istintaqa yalnız Ümumdünya Səhiyyə Təşkilatının nəzdində həyata keçirilməsi şərtilə dəstək verəcəyini açıqlayıb.(publika.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı