hemle

Koronavirusa qalib gələn ilk yer məlum oldu–

Tarix:28-04-2020, 18:29
Baxış Sayı:433

Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib.
Bu barədə “Worldometers-info” saytında yerləşdirilən məlumatda deyilib.
Aprelin 4-dən ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb.Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
Qrenlandiyanın baş naziri Kim Kilsen yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.
Qeyd edək ki, Qrenlandiya hazırda koronavirusdan ölüm hadisəsinin baş verməməsi ilə pandemiyaya qalib gələn ilk ölkədir.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR