hemle

ERMƏNI VƏHŞILIYINI TƏSDIQ EDƏN ERMƏNI

Tarix:9-11-2018, 17:22
Baxış Sayı:533

Livanda yaşıyan erməni yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində müəllif yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Azər Azadzadə Atəs.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır