hemle

Türkiyədə təhsil alan Azərbaycanlı tələbədən Aynur Qəzənfərqızına etiraz - ATƏŞ.AZ

Tarix:21-01-2017, 16:56
Baxış Sayı:1 677

Xəbər verildiyi kimi ötən gün saytımızda Aynur Qəzənfərqızının türk milliyətçisinin səhifəsində açıqca erməniləri müdafiyə edən şərhlər yazması haqqında və bunada bizim etiraz etməmizə baxmayaraq qadının bizi cahillikdə ittiham etməsi ilə bağlı bir xəbər vermişdik. Və bu gün o yazının təsirindəndir ki, qadın böyük bir məqalə ilə çıxış edib. Əslində mənim istəyimdə bu idi. Bir türkün səhifəsində erməniləri açıq şəkildə müdafiyə edən, ermənilərin sərhəddə bizi qoruduğunu iddia edən bir qadın saytların birində tamamən özünü müdafiyə etmək məqsədilə bir məqalə dərc edib. Məqaləni qəhqəhələrlə oxudum. Tam bir sovet rejimindən qalan hesabat xarakterli yazı olduğunu gördüm. Bir gənc olaraq əslində bu məni çox sevindirdi. Çünki səhifədə "aslan" kimi görsənib başqa bir qəzet səhifəsində quzuya dönüb tıpış-tıpış hesabat verən erməni aşiqi bir qadının mənim kiçik yazımdan sonra böyük bir səhifə yazı yazması mənim qələbəm idi. Əmin olun, bundan sonra sizin kimilər hər qarşıma çıxdığında ifşa edəcəm onlarda bucür saytlarda çıxıb çox aşiq olduqları ermənilər və ruslarla bağlı beləcə açıqlamalar verəcəklər. Bəli 1998 ci ildə anadan ola bilərəm. Ama unutmayın mən azad ruhlu biriyəm. Sizdən fərqli olaraq sözümü birbaşa deyə bilirəm. Başqalarının yazdıqlarını deyil, o zaman Azərbaycan mətbuatının yazdıqlarını oxuyuram və yenədə iddia edirəm ki, o gecə Bakıya girən rəsmi sənəddə Sovet ordusu ola bilər. İçərisində SSR-yə daxil olan 15 ölkənin 13dən əsgər yox idi. Rus və ermənilər var idi. Siz istəsənizdə isməsənizdə bu belə idi. Erməni kəliməsi ağırınıza gedir, damarında onların qanını daşımağınız sizə haradasa haqq verir. Bir türk milliyətçisinin səhifəsində yazdığınızı iddia edirsiniz. Bəli məndə məhz o türk milliyətçisinin səhifəsindəki milliyətçi qardaşlarımın erməniləri tanıması üçün sizin iç üzünüzü açdım, göstərdim. Sizsə sərhəddə ermənilərin məni qoruduğunu yazmışdın. Mən isə iddia edirəm ki, erməni sizi qoruyurdu, məni qorumurdu. Məni qorusaydı 20 Yanvar gecəsi mənim insanımı Bakının küçələrində tankların altına salıb öldürməzdi.

P.S. Dünəndən yazı çıxandan sonra dəfələrcə, neçə nəfərin xətti ilə "O yazını silsinlər xahiş edirəm. Mən Akademiyada 200 manat maaşa işləyirəm" deyən erməni qadın hesabatını oxuyanda düzü ona yazığım gəldi. 200 manatını itirməmək üçün bu qədər mücadiləyə dəyərdimi? Kaş ki, o 200 manat üçün yox, həqiqətən yanlışını anladığın üçün bu qədər açıqca hesabat vermiş olaydın. Bu məni sevindirərdi. Ama yenədə sonda qazanan mənəm. O qadının dili ilə desək "küçük bir çocuk" yaşını, başını almış, sovet rejiminin çörəyini, suyunu yemiş, erməni əsgərlərinin sərhətdə sevərək qoruduğu Aynur Qəzənfərqızı mənə hesabat xarakterli bir məqalə yazıb. Mən onun hesabatını oxudum, bəzi yerlərini qəbul etdim. Bəzi yerlərini isə qəbul etmədim. Yenə yuxarıdakı fikrimdə qalıram. Ordunun adı Sovet ordusu idi. Sumqayıta yeridilən ordudan sonra isə hərkəs bilir ki, sovet ordusu deyilən bir ordu qalmamışdı. Onlar istər Gürcüstana, istər Pribaltiq ölkələrinı, istər Azərbaycana, istər Ukranyaya ordu yeridərkən heçbir zaman başqa xalqlardan istifadə etmədilər. İstifadə etdikləri rus və erməni əsgərləri idi. Buda mənim fikrimi isbatlayır ki və bunu o zaman yaşayan hamı təsdiqləyir ki, bu rus və erməni birliklərinin birgə həyata keçirdiyi qətliyamlardır. Sadəcə sənəddə Sovet ordusu deyilir. Digər 13 ölkənin heçbirinin insanını götürmürdülər. Qətliyamı etdikdən 1 gün sonra başqa ölkələrin əsgərlərini gətirirdilər ortalıqda sadəcə gəzirdi.
Bütün Türkiyədə təhsil alan tələbələr adından deyirəm ki, Aynur xanım Azərbaycan xalqından üzr istəməyincə biz susmayacayıq.

Arzu Qocayev
Türkiyə

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı