hemle

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrdən: "Şəhidlər Xiyabanına ayaq basma" - Atəş.az

Tarix:24-01-2017, 19:59
Baxış Sayı:1 341

Bu gün çox utanc verici bir xəbər ile qarşı qarşıya qaldım. AMEA-nın üzvü Aynur Qəzənfərqızı "Qan Yaddaşı"mız olan "20Yanvar" hadisəsinə ləkə getirərək, hafizələrimizə, keçmişimizə, gəncliyimizə, gələcəyimizə böyük bir zərbə vurmağa çalışır. O bu cür qeyd edib ki, "20Yanvar hadisəsində bizləri erməni dığaları qoruyurdu". Çox gülünc olduğunu məndə bilirəm ancaq burada bir sual yaranır. Aynur xanım həmin vaxt siz harada idiniz? Bakıda olsanız belə sizin 1983-cü ildə dünyaya gəldiyinizi nəzərə alsaq 7 yaşlı qızın o çaxnaşma arasından onları qoruyan erməni dığalarının olmasını nece ayırd etdi?! Ya da bunları sizə kimlərsə söyləyərək dövlətimizin bölünməz bütünlüyünə xələl getirəcək provakasiyalara cəhd göstərirlər. Bir maraqlı sualımda var bəhs etdiyiniz erməni dığaları müdaxilə etdimi Sovet ve Ermeni birliyine qarşı? Etdiysə sizin təxəyyülünüzə görə orada dinc əhalidən olan şəhid sayısı 143 yox 3,5,7 niyə olmadı? Yaralıların sayı niyə 100 yox 700-800 oldu? Mən sizin kimi bir soydaşımın olduğuna inanmıram. Bu məsələ Azərbaycan gündəminə gətirilməlidir. Xalqımın qarşısında baş əyərək üzr istəməlisiniz. Bizim kimi gənclərdən qum sayısı qədər var. Mən sussam digərləri susmayacaq. Sadəcə utanmağınızı istəyirəm və şəhidlərimizə hörmət göstərərək, xiyabana ayaq basmamağınızı tələb edirəm!

KTU (Qaradəniz Texnik Universiteti) Azərbaycan Eğitim Kültür ve Dayanışma Topluluğu sədri Xəyyam Ələsgərov

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı