Hollandiya Azərbaycan Türk Kültür Mərkəzinin başkanı Ilhan Askin'a qarşı ermənilərin ortaya atdığı gülünc iddiadan hərkəsin xəbəri var. Ən azından mənim səhifəmdə məni izləyənlər bu olayı bilir. Bir gənc olaraq bugün İlhan bəyin yanında durmağı özümə borc bilirəm. İlhan bəy şəxsi maraqları üçün deyil, Azərbaycanın milli problemi Dağlıq Qarabağı ermənilərin işğal etdiyi üçün məhkəməyə verilib. Çünki o ermənilərə "gec-tez sizi işğal etdiyiniz torpaqlarımızdan çıxardacağıq. Ya özünüz çıxın yada döyüş yoluyla geri alacağıq" dediyi üçün ermənilərin qəzəbinə tuş gəlib və ermənilər onu məhkəməyə veriblər. Acı tərəfidə budur ki, bugün ədalətdən danışan Qərb, özəlliklədə Hollandiya hüquq mühafizə orqanları ermənilərin bu uydurma, absurt, gülünc iddiasını qəbul edərək İlhan bəy haqqında cinayət işi açıblar. Hazırda işi məhkəmədədir. Çox heyif ki, biz əlimizdən gələni etmək istəmirik. Doğrudur Hollandiya məhkəmələrinə təsir etmək imkanımız olmaya bilər ama əlimizdə olan sosial şəbəkələr var ki, hamımız günümüzün bir hissəsini burada xərcləyirik. Güldən çiçəkdən yazmaqdansa bir gənc olaraq bugün İlhan bəyin yanında olmağı özümə borc bildim və sonuna qədərdə bu borcu yerinə yetirəcəm. İlhan bəyin yanında olub onun haqq səsini ən azından üzv sosial şəbəkələrdə və bir sıra yerlərdə insanlara çatdıracam.
Atatürkün ən sevdiyim bir kəlməsi var : "Mən bu ölkəni gənclərə etibar edib gedirəm". Hesab edirəm ki, bu dünyanın hər yerində keçərlidir. Biz gənclər ölkəmizin, millətimizin səsi olmalıyıq. Bizlər güldən, çiçəkdən, sevgidəndə yaza bilərik ama söhbət vətən, millətdisə onun dəyəri İlhan Aşkın kimi insanlardısa güldən, çiçəkdən, sevgidən hərşeydən keçib vətən yolunda onların yanında durmağı özümüzə borc bilib azda olsa onların səsi olmalıyıq. Və bugün İlhan bəyə qarşı olan bu uydurma məhkəmə məsələsində bütün gəncliyi, həmyaşıdlarımı onun səsi olmağa çağırıram.
Arzu Qocayev
Türkiyə, Uşak universitetinin tələbəsi