hemle

"Telegram" sözə baxmadı, Rusiya CƏZALANDIRDI

Tarix:Dünən, 10:46
Baxış Sayı:455

 

Moskvanın Taqanski Məhkəməsi "Telegram" messencerini homoseksual münasibətlərə həsr olunmuş kanalları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

Sənədə əsasən, messencer Rusiya qanunvericiliyində belə məlumatların silinməsi öhdəliyi nəzərdə tutulduğu halda sayt sahibinin məlumatı silməməsi maddəsi ilə təqsirli bilinib. Ümumilikdə Roskomnadzor mütəxəssisləri eynicinsli münasibətlərə həsr olunmuş 10 kanal müəyyən ediblər.

Mayın 20-də Moskva məhkəməsi iki inzibati qayda pozuntusuna görə "Telegram Messenger Inc" şirkətini ümumilikdə 2,8 milyon rubl məbləğində cərimələyib. Birinci pozuntu mesajlaşma xidmətlərinin təşkilatçılarına qoyulan tələblərə əməl edilməməsi ilə bağlıdır. İkinci hal fərdi məlumatlar haqqında qanunun pozulması ilə bağlıdır.

Apreldə Moskvanın Taqanski Məhkəməsi Roskomnadzorun tələbi ilə bir sıra kanalları silməkdən imtina etdiyi üçün "Telegram"ı 7 milyon rubl cərimələyib. Məhkəmə müəyyən edib ki, messencer “ekstremist fəaliyyətə çağırışların yer aldığı məlumat və ya internet səhifələrini” silə bilməyib.

Digər xəbərlər
17:40 Qızıl girov qoyarkən nələrə diqqət etməli? - Bunları bilin ki, sizi aldatmasınlar
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq