hemle

Bakıda üç avtomobil toqquşdu, bir saatdan çox sıxlıq yarandı

Tarix:Dünən, 10:24
Baxış Sayı:501

 

 

Ötən gün 8 Noyabr prospektində 3 avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində 1 saat 30 dəqiqəlik nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.

Bildirilib ki, buna səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub:

"Müşahidələr deməyə əsas verir ki, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroprt şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir.

“Yol hərəkəti haqqında” Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.

“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırır".

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək