hemle

Radə Abbas: "Aynur Qəzənfərqızı sənin AMEA-da yerin yoxdur" -ATƏŞ.AZ

Tarix:22-01-2017, 18:20
Baxış Sayı:3 008

Bu günlərdə "20 Yanvar" gecəsi yüzlərlə erməni bizi qoruyurdu" deyib gündəmə gələn AMEA-nın əməkdaşı Aynur Qəşənfərqızı Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasın qəzəbinə tuş gəldi.
Qarabağ qazisi həmin qanlı gecənin şahidi olan biri kimi: "1988-ci ildə Ermənistanda Qarabağın Ermənistan birləşdirilməsi üçün on minlərlə insan mitinq etməyə başladığı zaman meydanlara toplaşan "sadə" erməni xalqı 1989-cu ildə artıq Azərbaycan əhalisinə Şuşaya, Xankəndinə, Qarabağın digər bölgələrinə getmək imkanı vermədilər. Evinə getmək istəyən Azərbaycan əhalisini daş qalaq etdilər. Sonu qanlı müharibəyə çevrilən o münaqişənin nəticəsində on minlərlə Azərbaycan oğullarını öldürən erməni ordusunda xidmət edənləri səndən fərqli olaraq millətinin aşiqi olan erməni analar tərbiyyə ediblər. Bu gün girovluqda olan Azərbaycan qadınlarını qapısında qul kimi işlədən erməni ailələri səncə "sadə" erməni xalqı deyilmi? Həmin sadə erməni xalqının hesabına bu gün analarınmız, qadınlarımız Ermənistanda əsirdirlər, girovdurlar.
Bizim sərhədlərimizin ermənilər tərəfindən qorunduğunu hardan bilirsən? Aynur Qəzənfərqızı Sən Sovet dönəmində Müdafiə Naziri işləyirdin? Səndə belə bir siyahı varmı? 1990-cı ilin 20 yanvar gecəsində Bakıya hücum zamanı gətirilən əsgərlərin çoxu ermənilər idi. Mən 1990-cı ilin 20 yanvar gecəsində ölkənin bir böyük xəstəxanasında tibb personalı tərkibində növbətçi idim. Əlimdə dəqiq faktlarım var. Sənin erməni sevdanı anlamaq mümkündür...Bu gün ərazilərimizin 20 faizi işğalda olduğu bir zamanda sənin kimi qadınların Azərbaycan gəncliyinə təbliğat aparmasına, tərbiyyə vermək istəməsinə təəssüf edirəm. Mən erməni xalqının hər birinə düşmənəm. Bütün dünyada yaşayan ermənilər mənim düşmənimdirlər. 1992-ci il fevral ayının 26-da Xocalı soyqırımı törədilən zaman 13 yaşlı qızımızın üzünün dərisini soyub öldürən isə erməni akademik, həkim, hipokrat andı içmiş "sadə" erməni Zori Balayandır. Sənin müdafiə etdiyin "sadə" erməni xalqının təmsilçisidir. Ziyalı xanım yazılarınızdakı hərif səhvlərinədə fikir verin Azərbaycanın adınıda böyük hərflə yazın. Azərbaycana olan nifrətinizi azaldın. Burada yaşayırsınız Azərbaycanın çörəyini yeyib, suyunu içirsiniz. Sənin AMEA-da yerin yoxdur və səninlə bağlı təcili ölçü götürülməlidir."

hemlemedia.az olaraq digər QHT sədrləri və Qarabağ qazilərinin fikirlərini təqdim edəcəyik.

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi