hemle

“Faşistin dosyesi” adlı sənədli filmin təqdimatı keçirilib

Tarix:16-12-2016, 20:22
Baxış Sayı:662

Bu gün Azərbaycan Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətən uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” ictimai birliyin həyata keçirdiyi Ermənistan hakimiyyətinin faşizm siyasətini ifşa edən “Faşistin dosyesi” adlı sənədli filmin təqmatı keçirilib.
Filmdə XX əsrin əvvəllərində Azərbaycana məxsus Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində dinc azərbaycanlılara qarşı soyqırımların törədilməsinə rəhbərlik etmiş və həmin cinayətlərin həyata keçirilməsində şəxsən iştirak etmiş erməni terrorçusu Qaregin Njdedən bəhs edilir.
Qaregin Njde II Dünya müharibəsi dövründə Hitler Almaniyasına köçərək faşist ordusunun tərkibində “Erməni legionunun” yaradılmasında iştirak edib.
Njde terrorçu “Seqakronutyun” təşkilatının yaradıcısı olub.
O da vurğulanır ki, 28 may 2016-cı il tarixdə Ermənistanın paytaxtında, Azərbaycanın qədim torpağı olan İrəvan şəhərinin mərkəzində Njdenin heykəlinin ucaldılması Ermənistan hakimiyyətinin faşizm siyasətini dəstəklədiyini, müasir dünyanın faşizm təhlükəsilə üz-üzə dayandığını göstərir.
Elmi redaktoru millət məkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, məsləhətçi Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri Radə Abbas, ideya, ssenari müəllifi və rejissor Etibar Məmmədov, direktor isə Büllur Cavadqızı olan film 3 dildə lentə alınıb.
Təqdimatda Dinc Dünya Araşdırma Mərkəzinin sədri Əlisafa Mehdiyev və hərbi jurnalist Fəridə Hicran iştirak edirdi.
Təqdimat “Vətən uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar” ictimai birliyinin sədri Zərifə Əsgərovanın səhhəti ilə əlaqədər onun iştirakı olmadan məsləhətçi Radə Abbasın rəhbərliyi ilə həyata keçirildi.

hemlemedia.az


Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar