hemle

Faşistin dosyesi filminin təqdimatı keçiriləcəkdir

Tarix:8-12-2016, 11:11
Baxış Sayı:1 467

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi, Vətən Uğrunda Şəhid və Milli Qəhramanlar İctimai Birliyinin layihəsi əsasında Ermənistan Dövlətinin faşizm siyasəninin ifşa edilməsi məqsədi ilə“Faşistin dosyesi” filminin çəkilişi başa çatdırlmışdır. 14-15 dekabnr 2016-ci il tarixlərində filmin təqdimatı məqsədi ilə tədbirlər keçiriləcəkdir. Filmdə 28 may 2016-cı il tarixdə Ermənistanın paytaxtı Yerevan şəhərində erməni generalı Qaregin Njdenin xatirəsini əbədiləşdirən abidə qoyulmuş, həmin mərasimdə Ermənistan hakimiyyətinin yüksək rütbəli şəxsləri, o cümlədən bu ölkənin prezidenti Serj Sarqsyan iştirak etmişdir. Bununla da Ermənistan hakimiyyəti bütün dünyaya açıq şəkildə göstərmişdir ki, faşizm – Ermənistanda dövlət səviyyəsində dəstəklənən ideologiyadır. Təqdim olunan layihə Qaregin Njdenin (Qaregin Yegişeviç Ter-Arutunyan) XX əsrin əvvəllərində dinc Azərbaycan türklərinə qarşı soyqırımlar törətməsi, XX əsrin 30-cu illərində ABŞ-da “Seqakronutyun” adlı irqçi, faşistyönümlü təşkilat yaratmasından, Njdenin Hitler hakimiyyəti ilə müttəfiqlik münasibətlərində olmasından, onun köməyi ilə nasist ordusunun tərkibində “Erməni legionunun” yaradılması və həmin legionun insanlıq əleyhinə törətdiyi cinayətlərdən, Njdenin ermənilərə aşılamaq istədiyi ideologiyanın irqçi, faşist və müasir dünya tərəfindən qəbulolunmazlığını sübut edən faktlardan bəhs edir. Layihə rəhbəri şəhid Vilayət Əsgərovun, ikinci qrup Qarabağ əlili Fikrət Əgərovun anası Zərifə Əsgərovadır. Ermənistan hakimiyyətinin faşist mahiyyətini ifşa edən “Faşistin dosyesi” sənədli filminin elmi redaktoru millət məkili, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlıdır. Sənədli filmin rejissoaru Etibar Məmmədivdur.

Qabil Ədalət

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...