Yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış...
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb.
Bir müddət əvvəl Gəncədə baş verən dəhşətli hadisənin təfərrüatları ortaya çıxıb. Birgə məlumatda qeyd olunub ki, bütün fərziyələr yoxlanılıb. Dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib.
Dövlət qurumlarının birgə rəsmi açılamasına görə, o, hündürlükdən yıxılma nəticəsində aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib. Rəsmi məlumatda digər bir maraqlı məqam da ortaya çıxıb.