hemle

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrdən ismarıc "Türkiyəyə qarşı açılmış bu döyüş Turana gedən qapının açılışıdır"

Tarix:14-12-2016, 14:09
Baxış Sayı:839

Bu gün çoxları üçün Türkiyə çətin imtahandan keçir. Əslində isə hesab edirəm ki, bu Türkiyənin saflaşma imtahanıdır. Çünki Türkiyənin bu çətin günlərində kimin kim olduğu bir-bir ortaya çıxmağa başlayıb. Belə ki, həm xaricdən, həm daxildən 100 ildir pusquda yatan türk düşmənləri bir-bir başını qaldırır. Bu da türk millətinin ziyanına deyil, xeyrinədir. Yəni hiyləgərcəsinə aparılan siyasətlərini, bəzi ünsürlər bu gün açıq şəkildə aparır. Və türk milləti dostunun, düşməninin kim olduğunu görür. Son zamanlar bu düşmənlər daha da aktivləşib. Hər fürsətdə Türkiyəyə zərbə endirməyə çalışırlar. Amma bəlli ki, bizlərin ağıllı hesab etdiyimiz bu düşmənlər, bizim düşündüyümüz qədər də ağıllı deyillər. Ona görə ki bunlar hələdə dərk etmir ki, 1000 illərdir hər türk dövlətini yıxmaq istəyəndə daha güclü türk dövləti ortaya çıxıb. Heç uzağa getməyək yaxın 100 il Türkiyə Cumhuriyətinin yaranma dönəminə baxaq. Yəni 630 illik dünyaya meydan oxuyan bir Osmanlını yıxdıqları ilə öyünən türk düşmənləri heç gözləmədikləri halda böyük bir Türkiyə Cumhuriyəti ilə qarşılaşdılar. Bu yaxın tarixdir və bu türkün kimliyini göstərir. Bu yaxınlarda Yapon alimlərindən birinin bir fikri ilə qarşılaşdım. Onun fikri belə idi "Türklər tanrının ən sevdiyi bəndələridir. Niyə desəniz çünki, bu dünyada tanrıya ilk sitayiş edən tək millətdir". Elə budur ki, heç bir zaman türk yox edilməyəcək və edilədə bilməz. Çünki, türklərə əbəs yerə tanrının ordusu deməyiblər. Burdan düşmənlərimizə səslənirəm Yapon alimlərinin dediyi düşüncələri qəribçiliyə salmayın. Siz nə qədərdə özünüzü axmaqlığa qoysanızda, türkü tanımırmış kimi hərəkət etsənizdə, əslində içinizdə türkün nə qədər güclü olduğunu bilirsiniz. Sadəcə olaraq hirsiniz, türklərə olan nifrətiniz, o isə türklər hansınızın ölkəsinə gəldi hamısına ədalət gətirdi. Heç bir döyüşdə və yaxud da heç bir ölkəyə girdiyi yerdə bir türkün bir körpə uşağa, qadına, yada yaşlı birinə təcavüz etdiyini, əzdiyini isbatlayan bir sənəd yoxdur. Bəlli ki, vəhşi dünyanın zoruna da gedən budur. Çünki onlar döyüş qaydalarını pozurlar. Türk milləti tək millətdir ki, heç bir vaxt döyüşdə qoyulan qaydalarından imtina etməyib. Xəstəyə, yaralıya, körpə uşaqlara, qadına, yaşlılara toxunmayıb. Ancaq əlində silahı olanlarla döyüşüb. Ama yaddan çıxarırlar ki, bəzi ölkələrdə bir cümlə deyirlər. "Çətinə düşərsənsə, Atatürk kimi düşün" . Və unudurlar ki, bu məmləkətin Atatürk kimi düşünən, Atatürk kimi davranan, Atatürk kimi döyüşən sərkərdələri olub, var və olacaq.
Ədalətsiz dünya birləşib, ədalətin üzərinə gəlir. Ama ilahi ədalətin sonunda zəfər çalacağını unudurlar. Bu axmaq dünya birləşib türkün üzərinə gəlir. Amma unudurlar ki, "türkü xoşbəxt etmək istəyirsənsə ona savaş açmalısan" deyib dədələrimiz. Və biz bu döyüşü qazanacağıq. Türkiyə Cumhuriyəti hər zaman olduğu kimi bu dəfədə ona qarşı açılan bu xayın hücumları dəf edəcək. Unutmasınlar ki, Türkiyəyə qarşı açılmış bu döyüş Turana gedən qapının açılışıdır. Turanda görüşənədək. Əmin olun, biz sizlər kimi qisas deyil, sizlərin hər birinizə küncdə, bucaqda bir yer verəcəyik. Yaşayın, yaşaya bildiyiniz qədər...

Arzu Qocayev
Uşak universitetinin tələbəsi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı