hemle

Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?

Tarix:Dünən, 14:38
Baxış Sayı:441

Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etməyə hazırdır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşür.

Bununla yanaşı, Ermənistan hökumətinin başçısı diqqəti ATƏT-in Minsk Qrupunun de-fakto daha geniş kontekstə malik olmasına yönəldib və bildirib ki, İrəvan əmin olmaq istəyir ki, Bakı bu addımı öz ərazisində münaqişənin bağlanması və Ermənistan ərazisinə keçirilməsi istiqamətində atılan addım kimi qiymətləndirməyəcək.

Baş nazir bəyan edib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun eyni vaxtda buraxılması ilə sülh sazişinin bağlanmasını təklif edir. O, aydınlaşdırıb ki, bu, hər iki sənədin eyni gündə imzalanması deməkdi.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?