hemle

Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"

Tarix:Dünən, 15:03
Baxış Sayı:455

"Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər".

Bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da pediatr Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, əvvəlcə valideynlər uşaqlarına qida seçimində nümunə olmalıdırlar:

"Uşaqlar valideynlərinin davranışlarını izləyərək, öz seçimlərini formalaşdırırlar. Valideynlər, həmçinin uşaqlara qida seçiminin nə üçün vacib olduğunu izah etməli və onları bədənə faydalı olan qidaları seçməyə təşviq etməlidirlər. Uşaqların qida seçimlərinə müsbət təsir göstərmək üçün təklif edilən qidaları maraqlı və cəlbedici etmək daha məqsədəuyğundur. Müdaxilə qadağalarla deyil, dəstək və maarifləndirmə ilə olmalıdır. Valideynlər uşaqlarının rasionunda kifayət qədər vitaminlər, minerallar, zülallar və karbohidratların olmasına nəzarət etməlidirlər. Şirinlər və "fast-food" kimi qidaların çox istifadəsinin uşaqların sağlamlığına uzunmüddətli təsir göstərə biləcəyini unutmamalıyıq. Lakin uşaqlara qadağalar qoymaq və ya onları cəzalandırmaq əvəzinə, sağlam qidaların arasından seçim etmə imkanı vermək daha yaxşıdır".

R.Nemətova bildirib ki, bundan başqa, valideynlər yalnız uşaqlarının nə yediyini izləmək deyil, həm də onlara qida seçimini şüurlu şəkildə etməyi öyrətməlidirlər:

"Valideynlərin uşaqlarının qida seçiminə müdaxiləsi qayğıkeş və sağlam vərdişlərin yaranmasına yönəlmiş olmalıdır. Bu, səbir və dəstək yanaşması ilə həyata keçirilməli, sərt qadağalardan qaçınılmalıdır".

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?