hemle

Kamran Nazirlinin Niderland təəssüratları

Tarix:21-11-2016, 18:12
Baxış Sayı:618

Niderland zadəganlarının gözəl leyləklər şəhəri Haaqa.
Mən iri mədəniyyət mərkəzlərindən birində türk yazıçıları ilə birlikdəyəm. 14-cü Beynəlxalq Ədəbiyyat festivalında Müasir Azərbaycan ədəbiyyatı haqqında təqdimat yapıram. Həqiqətən tamaşaçı marağı çox böyükdür. Yadımda qalan ən maraqlı tamaşaçı isə bax bu cənab oldu - Willem Hendrik de Beaufort, former secretary general parliament of the Netherlands - cənab Bofort, Niderland Parlamentinin keçmiş Baş katibi, xanımıyla gəlmişdi görüşə. Çıxışımdan sonra səhnəyə qalxdı, mənimlə çox səmimi görüşüb təxminən on dəqiqə söhbət elədi. Əsas məsələyə keçirəm.
Soruşdu:
-Nə üçün bizim kitab mağazalarında sizin şair və yazıçılarınızın ingilis, yaxud holland dilində əsərləri yoxdur?
-.... (Çiyinlərimi çəkirəm; bəlkə də düşündü ki, bu suala mən cavab verməli deyiləm...).
Dərhal davam elədi:
-Axı mən Azərbaycan ədəbiyyatını sevirəm! Sizin tərcümə elədiyiniz "İki sevgi", "Daş" şeirləri (Əli Kərim) və "Bomba" hekayəsi (Əbdürrəhim bəy Haqverdiyev) mənim çox xoşuma gəldi. (Bir qədər də məndən danışır...)...
Nəhayət, cənab Boforta söz verdim ki, Azərbaycanın şair və yazıçılarının əsərlərindən ibarət Antologiyalar hazırlayacam. İngilis dilində. Onları mütləq çap etdirəcəm.
- Amma bu kitabların sizin mağazalarda olacağına əmin deyiləm. Çünki bu işlə ayrı qurumlar məşğul olmalıdır...
Növbəti günlərdə mən Haaqa və Amsterdamın demək olar ki, bütün kitab mağazalarını (sözün əsl mənasında Kitab mağazalarıydı! Adam orda bütün gününü keçirib dincəlmək istəyirdi!) gəzdim. Cənab Bofort düz deyirdi; ingilis dilində Azərbaycan ədəbiyyatına dair bir dənə də kitab tapmadım. Heç qaloş da yox idi! Əvəzində erməni və gürcü ədəbiyyatı nümunələri (hələ başqa xalqların ədəbiyyatlarını demirəm!) gözümə dəyirdi: holland, ingilis, fransız, alman... dillərində...
Sual: Məgər bu işlə də dövlət məşğul olmalıdır?

("Niderland dəftəri"ndən)

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR