Haaqada işğal zonasında qalan və talelərindən heç bir xəbər olmayan tarixi abidələr haqqında tədbir baş tutub.
05 noyabr 2016 ci ildə Haaqada Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türk Dünyası Avrasya Qadınlar Birliyinin təşkilatçılığı ilə növbəti tədbiri baş tutdu. Rada Abbas çıxış edərək işğal altında qalan və talelərindən bir xəbər olmayan tarixi abidələr haqqında danışdı. Müharibənin gətirdiyi fəlakətlər tək insan faktorula bağlı deyil, müasir beynəlxlaq hümanitar hüquq yalnız müharibə meydanında taleyin ümidinə qalan uşaqların, qadınların, qocaların, hərbi əsirlərin statusunu deyil, həm də bu ərazidə mədəniyyət nümunələrin, tarixi abidələrin qorunmasilə bağlı döyüşən tərəflər üçün vəzifələr müəyyən edir (1954-cü il Hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyası və ona əlvə protokollar).
İşğalda olan tək Şuşa şəhərinin qədim tarixi abidələrə qısa nəzər salaq: Şuşada 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları. Əgər bura digər işğal rayonlarımızın yerlə-yeksan edilən tarixi abidələri əlavə edilsə, fəlakətin hüqudları az-çox məlum olar.
Bütün bunlara görə sorğulanmalı olan bir nömrəli ünvan - YUNESKO məsələ ilə bağlı məlumatlandırılması qərara alındı.
MVQSYİB mətbuat xidməti