hemle

İsmayıllı Yazarları Ədəbi İctimai Birliyini layihəsinin icrasına başladı.

Tarix:26-04-2018, 13:09
Baxış Sayı:538

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adı layihənin icrası məqsədi ilə çəkilmiş “Qoşa Ruhlar” sənədli filmin çəkilişləri başa çatmışdır. Layihədə iki vətənpərvər övladımızın canlarından artıq sevdikləri və şeirlərində vəsf etdikləri Vətən uğrunda şəhid olmalarından bəhs ediləcək. Vətən sevgisinin ən yüksən zirvəsində olan Qarabağ şəhidlərinin unudulmayacağından, gec də olsa, adlarının əbədiləşdiriləcəyindən bəhs edilən filmin təqdimatı keçirildi. Şəhid ruhuna qayğı insanlığın borcudur. Şəhid adlarının əbədiləşdirilməsi, onların gəncliyə örnək kimi tanıdılması günümüzün vacib tələbidir.

Filmin çəkilişini Billur Məmmədovanın rəhbərlik etdiyi “Billur Stidya” və rejissor Etibar Məmmədov həyata keçirəcəkdir.

Filmin bir hissəsi 26 il bundan əvvəl, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas etmiş, özü isə tankın içində yanaraq kül olmuş, 1961-ci ildə Gəncə şəhərində anadan olmuş şəhid-şair Salmanov Aydın Arif oğlu haqqındadır.

Filmin ikinci hissəsi isə şəhid şairimiz 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Sumqayıt Dövlət Universitetini bitirmuiş, 2016-cı il aprel ayının 2 də Vətən uğrunda gedən döyüşdə şəhid olmuş, İsmayıllı rayonunda dəfn edilmiş, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Ölümündən sonra Döyüşdə Fərqlənmə Medalı ilə təltif edilmiş Mikayıl Vahabzadə haqqında olacaqdır. Yaxın günlərdə filmin çəkilinə başlanılacaqdır.

Aybəniz Qafarova

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar