hemle

Qoşa ruhlar görüçümüzə gələcəklər.

Tarix:3-08-2018, 17:38
Baxış Sayı:749

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də “İsmayıllı Yazarları” ədəbi ictimai birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adı ilə çəkilən sənədli filmin çəkilişləri başa çatmışdır.


Layihədə iki vətənpərvər övladımızın canlarından artıq sevdikləri və şeirlərində vəsf etdikləri Vətən uğrunda şəhid olmalarından bəhs ediləcək. Vətən sevgisinin ən yüksən zirvəsində olan Qarabağ şəhidlərinin unudulmayacağından, gec də olsa, adlarının əbədiləşdiriləcəyindən bəhs edilən filmin təqdimatına hazırlıq işlərinə başlanmışdır. Şəhid ruhuna qayğı insanlıq göstəricisidir. Şəhid adlarının əbədiləşdirilməsi, onların gəncliyə örnək kimi tanıdılması günümüzün vacib tələbidir.
Filmin bir hissəsi 26 il bundan əvvəl, 1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas etmiş, özü isə tankın içində yanaraq kül olmuş şəhid-şair Salmanov Aydın Arif oğlu haqqındadır.
2016-cı ilin unudulmaz Aprel döyüşləri də say-seçmə, qorxmaz, mübariz oğullarımızın hünəri hesabına tarixi qələbəmizin başlanğıcı adlandırıldı. Həmin döyüşlərdə Vətən torpağına can qurban edənlərdən bir də - şair-müəllim Mikayıl Yaqub oğlu Vahabzadə oldu.
Layihəmizin məqsədi bu adların tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir. Layihəmiz çərçivəsində övladlarımızın adlarının əbədiləşdirilməsindən bir rahatlıq duyuruq.
Şair şəhidimiz Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Tərtər istiqamətində “N” saylı hərbi hissədə xidmət edib. M. Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Haqqında jurnalist Lətifə Əliyevanın müəllifliyi ilə “Şəhidliyə aparan sevgi” adlı kitab yazılıb. Bu kitaba şəhid şairin şeirləri də daxil edilib.
Yaxın günlərdə filmin İsmayıllı və Gəncə şəhərlərində təqdimat mərasimləri keçiriləcək, “Qoşa ruhlar” görüşümüzə gələcək. İnanırıq ki, ərsəyə gətirilən film şəhid şairlərimiz Salmanov Aydın Arif oğlunun və Vahabzadə Mikayıl Yaqub oğlunun hər birimiz üçün əziz olan ruhlarını şad edəcəkdir.
Aybəniz Qafarlı

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?