hemle

5 avqust Azərbaycan Respublikasının Hərbi Donanması günüdür

Tarix:5-08-2018, 16:01
Baxış Sayı:1 473

ONN media xəbər verir ki, avqustun 5-i ölkəmizdə Azərbaycan Respublikasının Hərbi Donanması günü kimi qeyd olunur.

“Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisindən ibarət Azərbaycanın hərbi dəniz donanması 1918-ci ildə yaradılmışdır. Daha sonra Bakını tərk edən ingilis əsgərləri özlərinin döyüş gəmilərinin və yardımçı üzgüçü vasitələrinin bir hissəsini Azərbaycana vermişlər. Demokratik Cümhuriyyətin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil olmuşdur.

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanması Bakı və Moskva arasında bölünmüşdür. O vaxtdan etibarən Azərbaycanın milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlamışdır. Keçmiş müttəfiq respublikalardakı milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, tədbirlər həyata keçirilmişdir.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-nin nəzdində xüsusi kurslar fəaliyyət göstərir.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Hərbi donanma ən müasir hərbi texnika ilə təchiz edilmişdir.

Hazırda ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə, torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar