hemle

Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır -ATƏŞ.AZ

Tarix:6-01-2017, 18:59
Baxış Sayı:609

Atəş.az TTV-yə istinadən bildirir ki, Türkiyə hərbçiləri İŞİD-in 32 terrorçusunu məhv edib, 140 mövqeyini dağıdıb. Bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərinin yaraqlılardan təmizlənməsi davam etdirilir. Ötən ilin avqustun 24-dən bu günədək Türkiyə ordusu adıçəkilən ölkədə İŞİD-in 1536 silahlısını zərərsizləşdirib. Suriyada Bəşər Əsəd rejiminin qüvvələri Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edib. Məlumatlara görə, şəhər yaxınlığındakı Vadi-Barada bölgəsinə qazlı çəllək bombaları atılıb. Nəticədə səkkiz dinc sakin həlak olub. Hələb üzərində nəzarəti ələ alandan sonra Əsəd qüvvələri güclərini Dəməşqin qərbindəki Vadi-Barada bölgəsinə yönəldib. Bu arada Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır. Bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib. Suriyanı ilk olaraq “Admiral Kuznetsov” aviadaşıyıcısı, “Pyotr Velikiy” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar