hemle

Zakir Həsənov: “Silahlı Qüvvələrdə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulub” - Atəş.az

Tarix:23-01-2017, 19:58
Baxış Sayı:619

Azərbaycan Silahlı Qüvvələrində yeni və müasir texnologiyaların tətbiqi ilə yüksək səviyyəli idarəçilik mexanizmi yaradılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu 4-cü ordu korpusunda prezident İlham Əliyevin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir bildirib ki, birlik, birləşmə və hərbi hissələrin operativ idarə olunması məqsədilə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulub.

“Ordunun yeni növ silah və döyüş texnikası ilə təmin edilməsi qoşunların manevr və zərbə qabiliyyətini artırıb. Döyüş qabiliyyətini təmin edən hərbi vəzifələr tank və döyüş maşınlarının ekipajları, artilleriya və raket qurğularının heyətləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilib”, – deyə nazir vurğulayıb.



Z.Həsənov qeyd edib ki, son illər ərzində Raket və Artilleriya Qoşunlarının yeni, müasir silah və texnika, atəşi idarəetmə sistemləri ilə təminatı bu qoşun növünün zərbə gücünü kifayət qədər artıraraq, düşmənin bütün hərbi infrastruktur obyektlərini məhv etmək imkanlarını genişləndirib.

Hərbi Hava Qüvvələrinin silahlanması yüksək səviyyədədir və qoşunlar qarşıda duran vəzifələri həll etmək, o cümlədən həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaq, düşmənin ön xəttindəki və onun müdafiəsinin dərinliyindəki mövqelərinə havadan zərbə endirmək qabiliyyətinə malikdir.

Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun inkişafında da böyük işlər görülüb. Bu qoşun növünün döyüş qabiliyyətinin artırılması üçün lazımi tədbirlər planlaşdırılıb və həyata keçirilir.

Müdafiə naziri qeyd edib ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqları, o cümlədən strateji yüksəklikləri azad edib və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

“Silahlı Qüvvələrimizin aprel döyüşlərində nümayiş etdirdiyi döyüş ruhu və qabiliyyəti orduda keçirilən islahatların yüksək göstəricisidir. Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır və buna qadirdir”, – deyə müdafiə naziri bəyan edib.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar