hemle

Bir qrup hərbi qulluqçuya növbəti "polkovnik" hərbi rütbəsi təqdim olunub

Tarix:26-12-2016, 20:49
Baxış Sayı:625

hemlemedia.az saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 26 dekabr 2016 cı il müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.
Hərbi qulluqçuları qəbul edən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.
General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar