hemle

MÜDAFİƏ NAZİRLİYİNDƏN YENİ AKSİYA – VİDEO

Tarix:26-06-2020, 13:54
Baxış Sayı:659

hemlemedia.az saytı ONN medya agentliyinə istinadən xəbər verir.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatşılığı ilə reallaşan “Əsgərə salam!” hərbi vətənpərvərlik sosial layihəsinə cavab olaraq Azərbaycan Ordusunda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Əsgərdən salam!” aksiyasına start verilib.

Əlahiddə Ümumqoşun Ordu, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının xidmət yerlərindən, xüsusilə cəbhə bölgələrindən ictimaiyyətə, əsgər valideynlərinə, şəhid ailələrinə, müharibə veteranlarına, döyüşlərdə sağlamlığını itirən qazilərimizə, gənclərə müraciətləri təqdim ediləcək və hərbçilərimiz ardıcıl olaraq əsgər salamlarını yetirməklə xalqımızı uğur və nailiyyətləri ilə sevindirəcəklər.

“Əsgərdən salam!” layihəsinin bələdçisi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.


Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin “Əsgərdən salam!” layihəsi çərçivəsində hazırladığı ilk verilişi Ordumuzun yaranmasının 102-ci ildönümü ərəfəsində təqdim edirik.

hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir