hemle

“Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir və ağacəkmə kampaniyası keçirib

Tarix:4-04-2018, 17:04
Baxış Sayı:677

Aprelin 4-də Müdafiə və Təhsil nazirlikləri 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun qazandığı tarixi qələbəyə həsr olunmuş “Aprel zəfərindən ötən hər günə bir ağac əkək” devizi altında tədbir və ağacəkmə kampaniyası keçirib.

AZƏRTAC xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə təşkil olunan ağacəkmə kampaniyasına Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, aprel döyüşləri şəhidlərinin və iştirakçılarının ailə üzvləri, şagirdlər, tələbə-könüllülər və KİV nümayəndələri qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların və Aprel döyüşləri şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Hərbi hissənin klubunda keçirilən tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev deyib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun ən uğurlu döyüşlərindən biridir. R.Əliyev bildirib ki, ermənilər həmişə ordularının yenilməzliyi barədə mübaliğə ilə danışırdılar. Amma 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü göstərdi, Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Bu döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvə və texnikası məhv edildi. Aprel döyüşləri bir daha göstərdi ki, bu gün Ordumuz sürətlə inkişaf edir və onun hərbi qüdrəti durmadan artırılır. Azərbaycan Silahlı Qüvvələri düşmən ordusundan qat-qat güclüdür. Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə hər an qadir və hazırdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Aprel döyüşlərində qazanılan qələbənin ikinci ildönümünün ictimaiyyət, o cümlədən təhsil işçiləri tərəfindən də geniş qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik əzmini bir daha nümayiş etdirir. Milli Ordumuzun şanlı tarixinə çevrilmiş Aprel döyüşləri xalqımıza qürur hissi və qələbəyə inam bəxş etdi.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani qeyd edib ki, Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan Aprel zəfərinin ikinci ildönümü münasibətlə respublikamızın bölgələrində, eləcə də Silahlı Qüvvələrin bütün birliklərində, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə Aprel zəfərinin qəhrəmanları xatırlanır, şəhid ailələrinə baş çəkilir.

A.Qurbani bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın hərb tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinin ikinci ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verilməsidir.

Şəhid Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım, Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə xanım, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam xanım belə tədbirlərin keçirilməsindən qürur duyduqlarını bildiriblər. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkəmizin, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhidlər, qazilər unudulmur və bu gün xalqımız Aprel zəfərinin təkrarlanması arzusundadır. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq.

Sonra tədbir iştirakçıları hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgərlərlə birgə nahar ediblər.

Sonda Aprel döyüşlərində şəhid olanların xatirəsinə hərbi hissənin ərazisində 730 ağac əkilib. Əkilən ağacların arasında əsasən, yerli şəraitə uyğun olan zeytun və Eldar şamına üstünlük verilib

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq