hemle

Azərbaycan Ordusunda “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir

Tarix:10-11-2018, 10:24
Baxış Sayı:280

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunur.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi