hemle

AZƏRBAYCAN ORDUSUNDA ANDİÇMƏ MƏRASİMLƏRİ KEÇİRİLDİ

Tarix:7-06-2020, 18:39
Baxış Sayı:488

Müdafiə nazirinin tapşırığına əsasən, iyunun 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:28 İranda ölənlərin sayı 36-ya çatdı
21:21 Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
21:15 Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər
21:10 Pezeşkian sabah Azərbaycana gəlir
21:07 Sabah Xocalıya köç olacaq
21:05 Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...
20:58 Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
20:56 Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI