hemle

Vətənimi mənim üçün mənim ordum xilas edəcək!!!

Tarix:21-06-2018, 14:45
Baxış Sayı:965

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 -ci ildə elan etdiyi Qrand müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım Ictimai Birliyinin sədri Rada Abbas öz təşkilatın fəal iştirakçıları ilə bərabər Ordumuzun yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlərə start verib .

20 iyun 2018- ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Vətənimi mənim üçün mənim ordum xilas edəcək " adlı tədbir keçirildi .Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində əsgərlərimizi təbrik etmək , Ordumuza ictimai dəstək verməkdi.

Əsgərlərlə keçirilən görüşdə doğum günü olan əsgərlərə hədiyyələr verildi . Hərbi hissədə əsgərlərin qarşısında Şüvəlan Mədəniyyət evinin kollektivi , gənc müğənnilərdən Birgül Ağdamlı , Rail Cəbrayıllı , Samir Məmmədov ,Xasay Gülməmmədov , Suna Tapdıqova və gənc meyxanaçı Orxan Sadıqov və Rövşən Əhmədov gözəl musiqilərlə çıxış etdilər.

Xanım şairələrdən Aybəniz Qafarlı və Nuridə Misirin gözəl şeirləri əsgərlər tərəfindən alqışlarla qarşılandı. .
Tədbirdə iştirak edən Müharibə veteranları gənc əsgərlərə tövsiyələrini və arzularını çatdırdılar .
Layihənin təşkilatçısı , MVQSYIB -nin sədri Rada Abbas tədbirin sonunda hərbi hissənin rəhbərliyinə təşəkkür edib -"Vətən sizdən başlayır , sizlər bizim ümid yerimizsiniz . Allah Ordumuzu qorusun !!! " sözləri ilə yekun vuraraq əsgər kitabxanasına xeyli kitab hədiyyə etdi. Tədbirin sonunda olan konsert proqramında iştirak edən sənətkarlara və Müdafiə Nazirliyinin rəsmisinə təşəkkürnamə verildi. Hərbi hissənin komandiri , polkovnik Zülfüqar Abdullayev tərəfindən Rada Abbas Fəxri Fərmanla təltif edildi.


Rəsmiyyə Allahverdiyeva


Digər xəbərlər
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA
10:17 Bu gün hava necə olacaq? - PROQNOZ