hemle

Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin

Tarix:Dünən, 21:21
Baxış Sayı:440

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq ölüb. Buna səbəb isə İran sobaları adlanan cihazın olduğu bildirilir. 

Bəs bu sobaları alarkən nələrə diqqət etmək lazımdır? 

Məsələ ilə bağlı satış mütəxəssisi Zaur Ələkbərzadə bildirib ki, soba nə qədər keyfiyyətli və çox funksiyalı olsa da əsas məsələ onun təhlükəsiz quraşdırılmasıdır. Sobaların üzərində quraşdırılma kitabları da var. Ancaq buna baxmayaraq təhlükəsizliyə görə mütəxəssizə müraciət etmək daha yaxşıdır. 

Təhlükəsizlik eksperti Orxan Musayev isə deyir ki, bu sobaların özünün təmzimləyicisi var. Əsas olan düzgün quraşdırmaqdır. Sobanın borusunu çöldən 2.5-3 metr qaldırıb başına H işarəsi şəklində quraşdırmaq lazımdır ki, içinə yağış suyu düşüb sobanın içinə çatmasın. Yoxsa soba paslana bilər, müəyyən problemlər yarana bilər. Bu cür sobaların quraşdırılmasında səhvə yol vermək olmaz. Əks halda insan həyatı üçün təhlükəlidir. Dəm qazından zəhərlənmə halları adətən bu cür düzgün quraşdırılmamaqdan irəli gəlir. 

"Dəm qazının yaranması üçün müxtəlif səbəblər olmalıdır. Bu səbəblərdən ən başlıcası İran sobaları istismar olunarkən tüstü bacalarının normal şəkildə fəaliyyət göstərməməsi nəticəsində havalandırma pozulur və dəm qazı evə daxil olur. Dəm qazından vaxtı vaxtında xəbərdar olmaq üçün xüsusiqaz detektorlarının  quraşdırılması böyük əhəmiyyət kəsb edir. Həmin detektorlar bu kimi hallarda işə düşərək insanı məlumatlandırır". 

Azəriqazdan isə bildirildi ki, dəm qazından ölüm halları olmaması üçün hər dəfə təlimatlandırıcı formada əhaliyə çağırış edirik 

"Dəm qazını yaradan digər amillərdən biri tüstü bacalarının işlək vəziyyətdə olmamasıdır. Tüstü bacaları da düzgün quraşdırılmalıdır. Tüstü bacaları olan yerlər mütləq ildə 1 dəfə təmizlənməlidir. Bu bacalar standartlara düzgün quraşdırılmalıdır. Dəm qazı məsuliyyətsizlikdən yaranan nəticədir".

Digər xəbərlər
21:28 İranda ölənlərin sayı 36-ya çatdı
21:21 Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
21:15 Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər
21:10 Pezeşkian sabah Azərbaycana gəlir
21:07 Sabah Xocalıya köç olacaq
21:05 Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...
20:58 Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
20:56 Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI