hemle

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək - ATƏŞ.AZ

Tarix:18-01-2017, 13:11
Baxış Sayı:632

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Cari ilin 18 yanvar tarixində, saat 15:00-da Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunacaq.
Tədbirdə 20 Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr olunan Səməd Təbrizlinin müəllifi olduğu "Sədaqət" xalçası tədbir iştirakçılarına təqdim olunacaq.
Anım mərasimində “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, 20 Yanvar cəmiyyətinin üzvləri və faciənin şahidləri çıxış edərək öz acı xatirələri ilə bölüşəcəklər.
Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dramaturq- yazıçısı Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” adlı tamaşasından bir hissə təqdim olunacaq.

Digər xəbərlər
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?
09:40 İnanılmaz kəşf: Okeanlarda plastik yeyə bilən göbələklər var
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..