hemle

Milli Arxiv İdarəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - ATƏŞ.AZ

Tarix:18-01-2017, 12:22
Baxış Sayı:507

Milli Arxiv İdarəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixində böyük əhəmiyyət daşıdığını söyləyib.

Bildirib ki, faciə zamanı milli azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirilib. 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət barədə iştirakçılara ətraflı məlumat verən idarə rəisi vurğulayıb ki, həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilərək sovet rəhbərliyinə açıq şəkildə etiraz edilib.

Çıxışlarda qeyd olunub ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider olub. Ümummilli Lider bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısında ittiham etməsi, burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsini qaldırması bir daha iştirakçıların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etmiş oldu.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar