ATƏŞ.AZ saytı AZpress.AZ saytına istinadən bildirir ki, 16 yanvar 2017-ci il tarixindən YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana SİSTEMİ ilə əməkdaşlıq çərçivəsində “20 Yanvar- Azadlıq mübarizəmizdir” adlı silsilə tədbirlərdən biri də Boyat kənd kitabxanasında təşkil edilmişdir.Tədbir Azərbaycanın Dövlət Himni ilə açıq elan edildikdən sonra 20 Yanvar və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Tədbirdə ARİH ictimai-siyasi və hümanitar şöbənin əməkdaşı Ceyhun Mamedov,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçiləri,Qarabağ Müharibəsi veteranı Ramil Nağıyev,Mehman Növruzov, kənd icra nümayəndəsi Ravil Səmədov,Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehtiyev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Boyat kənd kitabxanasının müdiri Təhminə Quliyeva 20 Yanvar hadisələri, Dağlıq Qarabağ həqiqətləri, tarixi faktlar, ermənilərin hərbi təcavüzü, bunun ağır nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İmperiyası tərəfindən Azərbaycanda kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq, xalqın torpaq uğrunda mübarizliyini sındırmaq məqsədi ilə Bakıya xüsusi hərbi birləşmələr və zirehli texnikaların yeridildiyini dedi. O, ölkəmizin azadlığı uğrunda küçələrə çıxan geniş xalq kütləsinə, silahsız, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla hərbi əməliyyat keçirildiyini, yalnız Bakıda 130-dan çox mülki şəxsin amansızcasına öldürüldüyünü, 600-dən çox adamın yaralandığını bildirdi. Diplomat faciəyə yalnız Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə hüquqi-siyasi qiymət verildiyini vurğuladı.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrini tənqid edib, bunun insanlığa qarşı törədilmiş cinayət olduğunu bildiriblər.
Tədbirdə şagirdlrinin ifasında 20 Yanvara aid ədəbi-bədii kompazisiya MKS-nin Informasiya Resurs Şöbəsinin müdiri Gülşən Quliyeva tərəfindən hazırlanmış film-slayd nümayiş etridilmişdir.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu.