hemle

Astanada 20 Yanvar faciəsi ilə bağlı fotosərgi keçirilib... ATƏŞ.AZ

Tarix:14-01-2017, 14:30
Baxış Sayı:531

Qazaxıstanın paytaxtı Astanada “Qara Yanvar – müstəqilliyə doğru yol” adlı fotosərgi keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil edilən sərgi bu ölkənin Birinci Prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyində baş tutub. Sərgi muzeyin “Mədəniyyət vasitəsilə dialoq” adlı beynəlxalq layihəsi çərçivəsində nümayiş etdirilib.

Yanvarın 20-dək fəaliyyət göstərəcək sərginin fotoları AZƏRTAC tərəfindən təqdim edilib.

Sərginin açılışında ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diasporun fəalları iştirak ediblər. Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin Kitabxanasının Muzeyinin direktoru Beysinbay Jumabekov deyib ki, bu tədbir bir daha onu göstərir ki, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi unudulmayıb. Qazaxıstanda baş vermiş Jeltoksan hadisələrinin və 20 Yanvar faciəsinin qardaş xalqların müstəqilliyi, dövlətçiliyinin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərin misilsiz qəhrəmanlıqlarının, vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğu bu sərgidə bir daha öz təsdiqini tapıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxışında bildirib ki, bu tarix Azərbaycan xalqının mübarizə tarixində ən şanlı səhifələrdən biridir. Odur ki, hər bir azərbaycanlının borcu Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini daim yad etməkdir.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Nümayiş olunan fotoşəkillərdən də əyani görünür ki, Azərbaycan xalqı bu ağrılı günlərdən mərdliklə çıxıb və tariximizdə silinməz izlər qoyub. Keçmiş sovet dövlətinin hərbçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə kimi hər bir fotoda öz əksini tapıb. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti bütün dünyaya bir daha nümayiş etdirilir.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar