hemle

Azərbaycan Hərb Tarixi Muzeyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi

Tarix:28-12-2016, 17:35
Baxış Sayı:755

2016-cı il dekabr ayının 28-də saat 1100 -da Azərbaycan Hərb Tarixi Muzeyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Azərbaycan xalqının birlik, bütövlük duyğularının ifadəsindən doğan bir gündür. Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli – mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir.

Bu günün əsası 1989-cu il dekabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən Şəruradək SSRİ - İran adlanan yer sərhədlərinin dağılması zamanı qoyulmuş, illər boyu həsrət içində yaşamış həmvətənlərimiz sərhəd dirəklərini aşaraq öz bacı və qardaşlarına qovuşmaq istəklərini bütün dünyaya bəyan etmişdirlər. Bu, tarixən ikiyə bölünmüş Azərbaycan xalqının müstəqillik və milli birlik duyğularının oyanmasının parlaq bir göstəricisi idi. 31 dekabr hadisələri xalqımızın yaddaşında elə dərin iz buraxdı ki, 1991-ci il dekabrın 16-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həmin günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirdi. Sonradan Azərbaycan Ali Məclisi də 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsdiqlədi.

Son illərdə Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri ilə dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində yeni mərhələ başlanmışdır.

Tədbirdə Hərbi Akademiyadan polkovnik Mirsamir Seyidov, Hərbi Təhsil Baş idarəsindən Vaqif Dadaşzadə, Hərb Oyunları mərkəzindən mayor Araz Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseydən kapitan Ruslan Ağamalıyev, Təlim Tədris Mərkəzindən Cəlal Kərimov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan filalogiya doktoru Firəngiz xanım Ulutürk, AR Beynəlmilləçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov və digər ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Tədbirdə muzey rəisi e.o. polkovnik Əzizağa Qənizadənin, AMEA-nın Tarix İnstitutunun nümayəndəsi tarix üzrə fəlsəfə doktoru Zəfər Kərimovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilmiş, Həmrəylik gününə həsr olunmuş qısametrajlı sənədli filmin nümayiş olunmuşdur.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar