hemle

AZƏRBAYCAN ƏSGƏRI DÖVLƏTIN QARANTIDIR YAMIL SƏDRƏDDIN OĞLU QAZAXOV

Tarix:24-05-2024, 12:00
Baxış Sayı:650

AZƏRBAYCAN ƏSGƏRI DÖVLƏTIN QARANTIDIR YAMIL SƏDRƏDDIN OĞLU QAZAXOV

Azərbaycanın apardığı 44 günlük müharibə ölkəmizin tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə bitdi. Bu Müharibə bütün dünya üçün gözlənilməz və tariximizdə qızıl hərflərlə yazılan yeni səhifə oldu. Şanlı ordumuzun döyüş meydanında qazandığı qələbələr Azərbaycanın siyasi müstəvidə qələbəsinə də stimul verdi. Birinci Qarabağ savaşında torpaqlarımızın düşmən tapdağından xilası uğrunda Qazaxov Yamil Sədrəddin oğlu 1975-ci il oktyabr ayının 6-da Sarıbaş kəndində anadan olub. Şəhər 2 nömrəli orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Qax Texniki Peşə Məktəbində oxuyur. Qarabağda baş verən iğtişaşlar Yamili də rahat buraxmır. Bütün vətənpərvər gənclər kimi o da, ön cəbhəyə gedərək Qarabağın müdafiəsinə qoşulmaq istəyir. Nəhayət, 1993-cü ilin oktyabrında Milli Ordu sıralarına çağrılır, Füzuli-Horadiz istiqamətində bir neçə döyüşdə iştirak edir. Yamil iştirak etdiyi bütün döyüşlərdə cəsarətli ruhu ilə döyüş yoldaşlarına ürək-dirək verirdi. Lakin düşmən üzərinə növbəti həmlə zamanı
mina partlaması nəticəsində şəhid olur. Yamil Qazaxov Qax şəhərindəki Şəhidlər Xiyabanında doğma torpağa tapşırılıb. Biz səninlə fəxr edirik,
əziz Şəhidimiz
Hülya.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir