hemle

ŞƏHIDLIK ƏN ALI ZIRVƏDIR NIYAZ ABDULSALAM OĞLU HÜSEYNOV

Tarix:24-05-2024, 10:00
Baxış Sayı:769

ŞƏHIDLIK ƏN ALI ZIRVƏDIR NIYAZ ABDULSALAM OĞLU HÜSEYNOV
30 ildən sonra düşməni lərzəyə salan dəmir yumruq bizi birləşdirərəq necə mətin iradəyə, gücə və dönməz əqidəyə malik bir xalq olduğumuzu bütün dünyaya göstərdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın tarix yazan Müzəffər Ordusu itirilmiş sərhədlərimizi bərpa etdiyi, işğal
altında olan torpaqlarımızı geri aldığı üçün tarixi salnamə yazdı. Azərbaycan mədəniyyətində bir inci sayılan, mədəniyyətmizin beşiyi qədim Şuşanın alınması və daha 71 kəndin, 2 qəsəbənin və 8 strateji yüksəkliyin azad edilməsindən sonra Ermənistan məcbur olaraq məlum üçtərəfli bəyanatı imzaladı. Bu bəyanat 30 il davam edən işğalın və mənəvi sıxıntıların sonuna rəvac verdi. Bu qələbə həm də Azərbaycan Ordusunun gücünün siyasi müstəvidə də tanınması demək idi. Bəyanatda nəzərdə tutulan bütün müddəalar tam zamanında yerinə yetirildi. Kəlbəcər, Laçın və Ağdam rayonlaı qoyulmuş vaxt müddətində erməni işğalından azad olundu. Qələbənin ecazkar sevincini, möhtəşəm əhvalını hər bir azərbaycanlı yaşadı. Şəhidlərimizin isə ruhları azad vətənin göylərində pərvaz edirdilər. Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biri də şəhid Hüseynov Niyaz Abdulsalam oğludur. Hüseynov Niyaz Abdulsalam oğlu 1970-ci il yanvar ayının 1-də Lələli kəndində anadan olub. Doğma kəndindəki natamam orta məktəbdə oxumuş, Zəyəm kənd orta məktəbini bitirmişdir. Qax Texniki Peşə məktəbində rəngsaz-suvaqçı peşəsinə yiyələnir, 1988-1990-cı illərdə sovet odusunda hərbi xidmətdə olur. Niyaz hərbi xidmətdən qayıtdıqdan sonra Qax rayonunda tikintidə və Zəyəm
kəndində “Ukrayna” kolxozunda işləmişdir. 1992-ci ilin dekabrında Niyaz
Milli Ordu sıralarına çağrılır. Qubadlı, Cəbrayıl
rayonlarında erməni işğalçılarına
qarşı döyüşlərdə
fədakarlıq göstərir. Onun xidmət
etdiyi tabor Ağdam şəhərinin
müdafiəsinə göndərilir. Ağdam uğrunda gedən döyüşlərdə Niyaz qəhrəmancasına şəhid olur. Qəlbi vətən eşqi ilə döyünən
gənc Niyaz əbədi olaraq gözlərini yumur.
Onu doğma kəndində ana torpaga əmanət edirlər. Hazırda
Lələli kənd orta məktəbi Şəhid Niyaz Hüseynovun şərəfli adını
daşıyır.
Şəhidlərin xatirəsi vətən torpağı qədər müqəddəsdir!
Səhər Manafova

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ